Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə təxminən 10 milyon dollar əlavə yardım edəcəyini açıqlayıb.Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim Norveçin 2024-cü ilin əvvəlində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) etdiyi yardımdan əlavə 10 milyon dollar əlavə yardım göndərəcəyini açıqlayıb.O, UNRWA-nın Qəzzada humanitar fəaliyyətlərin əsasını təşkil etdiyini vurğulayıb.Tvinnereim UNRWA əməkdaşlarına, məktəblərə və xəstəxanalara hər gün hücum edildiyini və Agentliyin Fələstində fəaliyyət göstərməsinin getdikcə çətinləşdiyini bildirib.Qeyd edək ki, Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını elan edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta