AZ

AB-nin qapıları Gürcüstan üçün bağlanacaq - Borrell

Əgər hökumət indiki kursunu davam etdirsə, Avropa Birliyi Gürcüstana qapılarını bağlayacaq.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“İndi AB-nin qapıları Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, bu qapılar bağlanacaq”, - Borrell bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici təsiri şəffaflığı haqqında” qanun layihəsini qəbul etdikdən sonra Qərblə Tiflisin münasibətlərində ciddi problemlər yaranıb.

Seçilən
175
40
axar.az

10Mənbələr