Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynanın Rusiya ərazisinə hücum cəhdinin qarşısı alındığını və 114 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada bildirilib ki, Kiyev bu gecə Rusiya ərazisində ünsürlərə hücum etməyə cəhd edib.
Açıqlamada hücumun qarşısı alındığı: “Krım və Qara dəniz üzərində 70 PUA, Krasnodar bölgəsində 43, Volqoqrad bölgəsində 1 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib” , - deyə bildirilib.
Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Telegram kanalında verdiyi açıqlamada bölgədə vurulan PUA hissələrinin düşməsi nəticəsində bir nəfərin öldüyünü, avtovağzal və istilik qurğusunun zədələndiyini qeyd edilib.
Malik Atilay
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta