AZ

Tək müxalifət deyil, bütün qüvvələrlə əməkdaşlıq mümkündür - Pənah Hüseyn

Azərbaycan Xalq Partiyası da parlament seçkilərinə hazırlaşır.

Bu barədə Bakupost.az -a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib.

O qeyd edib ki, seçkilərin tarixi elan olunmayıb, amma böyük ehtimalla yaxın aylarda seçki keçiriləcək:

"Biz də partiya olaraq siyasi xarakterli hazırlıqlarımızı aparırıq. Namizədlərimin sayı isə hələlik müəyyən deyil".
Pənah Hüseyn “Müxalifət düşərgəsində seçkiylə bağlı hər hansı əməkdaşlıq ola bilərmi” sualını isə belə cavablandırıb:

“Bütün siyasi qüvvələrlə, o cümlədən müxalifətdəki partiyalarla əməkdaşlıq mümkündür”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
129
13
bakupost.az

6Mənbələr