Azərbaycan Xalq Partiyası da parlament seçkilərinə hazırlaşır.
Bu barədə Bakupost.az -a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib.
O qeyd edib ki, seçkilərin tarixi elan olunmayıb, amma böyük ehtimalla yaxın aylarda seçki keçiriləcək:
"Biz də partiya olaraq siyasi xarakterli hazırlıqlarımızı aparırıq. Namizədlərimin sayı isə hələlik müəyyən deyil".
Pənah Hüseyn “Müxalifət düşərgəsində seçkiylə bağlı hər hansı əməkdaşlıq ola bilərmi” sualını isə belə cavablandırıb:
“Bütün siyasi qüvvələrlə, o cümlədən müxalifətdəki partiyalarla əməkdaşlıq mümkündür”.
Vasif Əlihüseyn
BakuPost