AZ

Qətlə yetirilən polislərimiz niyə "bronjilet"dən İSTİFADƏ ETMƏYİB? - AÇIQLAMA

Qətlə yetirilən polislərimiz niyə "bronjilet"dən İSTİFADƏ ETMƏYİB? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub. inayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər. Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.

Bu gün sosial şəbəkələrdə polislərin qətlə yetirilməsi hələ də müzakirə olunur. Bunun səbəbi isə təhlükəsizlik məqsədilə mövcud vasitələrdən istifadə olunmaması ilə bağlıdır. Bunlardan biri "bronjilet" yaxud digər güllə keçirməyən jiletin istifadəsi ilə bağlıdır. Hadisə yerinə gedən polis əməkdaşları silahlı insident zamanı niyə bronjiletdən istifadə etməyib?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, güllədən qorunmaq üçün bronjilet geyinmək lazımdır:

"Amma hadisə zamanı onlar məlumat əsasında həmin ünvana axtarışda olan və məhkumluğu olmuş Allahverdiyev soyadlı şəxsi ələ keçirmək üçün gediblər. Polislər axtarışda olan şəxsin silahlı olacağını güman etməyiblər. Bəlkə də, bununla bağlı onlarda məlumat olmayıb. Adətən belə hallarda başqa cür davranılır. Mən də düşünürəm ki, əgər bir cinayətkar axtarılırsa qabaqcadan hazırlıqlı olmaq lazımdır. Əvvəllər bu cinayətkar ilə bağlı müfəssəl məlumat var idisə, onu başqa cür zərərsizləşdirmək olardı. Amma hər şey ehtimallara söykəndiyindən, mənzildə ailənin üzvləri onları qarşılayıb. Zərərsizləşdirilən qatil fürsətdən istifadə edib və niyyətinə nail olub. Mən dünyasını dəyişən polislərimizin yaxınlarına baş sağlığı verirəm. Lakin baş verən hadisə digər polis əməkdaşlarına dərs olmalıdır. Hadisə yerinə gedən zaman bütün mövcud vasitələrdən istifadə etmək lazımdır".

Sevda Səfərova

Seçilən
75
3
sonxeber.az

10Mənbələr