İsrail əsgərləri İordan çayının qərb sahilində 2 fələstinlini döyərək yaralayıb
BiG.AZ xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərləri tərəfindən döyülən 2 fələstinlinin xəstəxanaya aparıldığı bildirilib.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 553 fələstinlinin həyatını itirdiyi bildirilib.
BiG.Az