AZ

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Nablus, Salfit, Qalkilya, Cenin və Hebron şəhərlərinə hücumlar lar həyata keçirib.

2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahilində əsir fələstinlilərin sayı 9185-ə çatıb.

Açıqlamada İsrail əsgərlərinin basqınlar zamanı nəzarətə götürdükləri fələstinlilərə və ailələrinə qarşı zorakılığa əl atdıqları, evlərinə ziyan vurduqları və birbaşa atəş açdıqları bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
big.az

10Mənbələr