AZ

İsrail əsgərləri 20 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki ki, İsrail əsgərləri son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilinin Beytləhm, Nablus, Cenin, Hebron və Qalkilya şəhərlərində və Qüdsdə bir qadın və keçmiş məhbusların da olduğu azı 20 fələstinlini əsir götürüb.

İsrail əsgərlərinin basqınları zamanı fələstinlilərin evlərini dağıdıb, onlarla pis rəftar etdiyi bildirilir.

İşğal altındakı İordan çayının 7 oktyabr 2023-cü ildən bu yana qərb sahilində saxlanılan fələstinlilərin sayının 8 min 975-ə yüksəldiyi bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
3
big.az

10Mənbələr