AZ

ABŞ iyulun 1-də Ukraynaya yeni hərbi yardım paketini elan edəcək


Vaşinqton administrasiyası bazar ertəsi, iyulun 1-də Ukraynaya 150 milyon dollarlıq daha bir hərbi yardım paketinin ayrılmasını elan etmək niyyətindədir,
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi cümə günü məlumat yayıb.
Məlumata görə, paketə, xüsusilə, HAWK zenit-raket kompleksləri üçün 155 mm-lik artilleriya mərmiləri və sursatlar daxil olacaq. Bu və digər silahlar Pentaqonun anbarlarından Kiyevə göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Amerika mediası ABŞ hakimiyyətinin iyunun 25-də Ukraynaya 150 milyon dollarlıq hərbi yardım paketini açıqlayacağını yazmışdı.
Seçilən
92
6
yeniavaz.com

9Mənbələr