Yaş artdıqca azalmağa başlayan beyin funksiyalarını yaxşılaşdırmaq üçün bir çox müxtəlif üsullar tövsiyə olunur. Koqnitiv problemləri və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün beyin sağlamlığına diqqət yetirmək son dərəcə vacibdir.
E-saglam.az xəbər verir ki, beyin sağlamlığını yaxşılaşdırmaq üçün təbii bitkilərin faydalarından yararlanmaq lazımdır. Həm ənənəvi, həm də müasir təbabətin birləşməsi ilə bu bitkilərin faydaları üzə çıxır.
Beyin sağlamlığının gündəlik həyatda istifadə etdiyiniz qidalarla dəstəklənə biləcəyi görülsə də, mütəxəssislər bu bitkiləri xüsusilə tövsiyə edir.
Beyni yeniləyən bitkilər bunlardır:
Adaçayı
Yaddaşı gücləndirici təsiri olan adaçayı Alzheimer xəstəliyinə qarşı müsbət təsir göstərir. Beyin sağlamlığı üçün son dərəcə əhəmiyyətli yerə sahib olan adaçayı beyin üçün vacib olan asetilkolini ehtiva edir. Bu səbəbdən yaddaş testlərindən əvvəl istehlak edilməsi tövsiyə olunur.
Bibəriyə (Rozmarin)
Bibəriyənin yeməklərə ləzzət qatmaqla yanaşı, tərkibindəki antioksidant maddələrlə beyni yenilədiyi bilinir.
Cəzayir bənövşəsi (periwinkle)
Qara reyhan toxumları və yarpaq hissələrinin Alzheimer dərmanlarının əsas tərkib hissələrindən biri kimi istifadə edildiyi bilinir. Alzheimer dərmanlarının tərkibində olan vinkamin tərkibi ilə beyin sağlamlığı üçün son dərəcə faydalıdır.
Qara reyhan
Yaddaşı gücləndirməyə kömək edən başqa bir ot reyhandır. Bir çox yeməklərin tərkibində olan reyhan yaddaşı gücləndirir və ətri ilə fərqli dad qatır.
Bitkilərin insan orqanizminə təsiri diqqəti cəlb etsə də, sərbəst radikalların beyin hüceyrələrinə zərərli təsirlərini minimuma endirdiyi bilinir. Bu bitkilərlə yanaşı, qaragilə, çiyələk və avokado kimi antioksidantla zəngin qidalar da yaddaş və idrak funksiyalarını gücləndirir.
Tərcümə etdi: Könül Oruc
E-saglam.az