AZ

Prezident Ərdoğan Astanada Putinlə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü Zirvə Toplantısında iştirak etmək üçün getdiyi Qazaxıstanın paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Prezident Ərdoğan təmasları çərçivəsində görüşdüyü Rusiya prezidenti Putinlə görüşündə mətbuata açıqlamasında bunları deyib: "Çoxdandır ki, əziz dostumu görmürüm. Telefon danışıqları vasitəsilə görüşlərimiz olub. Amma dostlarımız daim bir-biri ilə əlaqə saxlayırlar. Nazirlərimiz daim əlaqə saxlayırdılar. Atom elektrik stansiyaları ilə bağlı ciddi addımlar atacağıq. Sinop Atom Elektrik Stansiyası ilə bağlı müzakirələr aparırıq. İnanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik. Bu məsələ ilə bağlı energetika və təbii sərvətlər nazirimiz həmkarı ilə müzakirələrini davam etdirir". "Bu arada xüsusilə BOTAŞ və QAZPROM arasında münasibətlər səmimi bir atmosferdə davam edir. Türkiyə-Rusiya ticarətinin bu 55 milyard dollarlıq həcmə qədər artması bizim üçün son hədd deyil. Hədəfimiz 100 milyard dollara çatmaq idi. İnanıram ki, biz bu 100 milyard dollara çata bilərik. Bizim belə potensialımız var", - deyə prezident bildirib. Türkitə dövlət başçısı əlavə olaraq deyib ki, turizm baxımından ölkəmizə təxminən 7 milyon turistin gəlməsi bizim üçün çox vacib idi. "Rus turistləri Türkiyədə qəbul etmək vacibdir. Bu məsələdəki səmimiyyətimiz eyni qətiyyətlə davam edir. Eyni şəkildə davam edəcəyik. Yetər ki, rusiyalı turistlər Türkiyədən razı olsunlar", - deyə qeyd edib. Prezident Ərdoğan: “Rusiya ilə Türkiyə arasındakı bu isti münasibətdən əlavə, sizi ən qısa zamanda ölkəmdə qonaq etmək istəyirəm”, - deyə o, Rusiya prezidenti Putini Türkiyəyə dəvət edib. Putin də öz növbəsində Türkiyəyə mütləq gələcəyini bildirib. Qadir, Bizimyol.info

Seçilən
150
50
bizimyol.info

10Mənbələr