AZ

“Netflix”in rəhbəri Baydeni prezidentlik yarışından çəkilməyə çağırdı


“Netflix”in baş icraçı direktoru Rid Hastinqs ABŞ-nin hazırkı Prezidenti Co Baydeni prezidentlik yarışını tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Hastinqs son bir neçə il ərzində Demokratlar Partiyasına 20 milyon dollar verib və seçkilərdəki rəqibi Donald Trampla uğursuz debatdan sonra Baydenə bu şəkildə ictimai müraciət edən ilk böyük demokrat donorlardan biri olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden seçki yarışında qalacağına söz verib və bildirib ki, onun gələcək kampaniyası Ağ Evin keçmiş rəhbəri Donald Trampla debatda uğursuz çıxışın nəticələrinin qarşısını almağa yönələcək.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-nin keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından, indiki prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Hər iki namizəd yaşı ilə tez-tez gündəmə gəlir: Donald Trampın 77, Baydenin isə 81 yaşı var.
Seçilən
103
50
yeniavaz.com

10Mənbələr