AZ

Yığmamızın oyunlarının təqvimi

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının Bordo mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. D qrupunda yer alan komanda ilk görüşünü iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da İrlandiya, Avstriya və "Bordo Ballistik" komandalarının yer aldığı qrupun qalibi ilə keçirəcək. Növbəti rəqib isə İspaniya yığması olacaq. Bu qarşılaşma həmin gün, Bakı vaxtı ilə 23:15-də start götürəcək. Qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Seçilən
56
3
matc.az

4Mənbələr