AZ

Səfir: Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb.

APA-nın xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib.

O həmçinin bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb.

Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil:

“Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub”.

Seçilən
101
40
apa.az

10Mənbələr