AZ

Gürcüstan XİN Aİ-yə inteqrasiya səylərinin davam etdiriləcəyini bəyan edib

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Avropa İttifaqının (Aİ) Gürcüstana hərbi maliyyə yardımını dondurmasına münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Darçiaşvili Gürcüstanın təhlükəsizlik çağırışlarının və işğal probleminin qaldığını, bu cür yardımların ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət etdiyini bildirib.

O, belə qərarların Gürcüstanın Aİ-yə inteqrasiya səylərinə mane olmayacağını əlavə edib:

“Gürcüstan müdafiə qabiliyyətini daha da gücləndirməlidir ki, biz təhdidlərlə daha çox mübarizə apara bilək. Biz bu istiqamətdə Aİ ilə əməkdaşlığı davam etdirəcəyik. Ümumilikdə isə Gürcüstanla Aİ arasında əməkdaşlıq assosiasiya sazişinə əsaslanır. Biz hamımız öz öhdəliklərimizi götürmüşük və bu öhdəlikləri ardıcıl olaraq yerinə yetiririk”.

Qeyd edək ki, Aİ “xarici agentlər” qanununun qəbul edilməsinə cavab olaraq Gürcüstan Müdafiə Qüvvələri üçün nəzərdə tutulmuş 30 milyon avronu dondurub.

Seçilən
193
40
apa.az

10Mənbələr