AZ

ABŞ Rusiya neftinə qarşı əlavə sanksiyalar tətbiq edə bilər

"ABŞ Rusiya neftinə əlavə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir, lakin dünya bazarında bu növ yanacağın qiymətinin artırılmasından qaçmaq istəyir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ Xəzinədarlığının rəhbəri Canet Yellen Konqresin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmələrdə deyib.

"Əlavə sanksiyaların tətbiqini nəzərdən keçirərkən, hərəkətlərimizin qlobal neft bazarına təsirini də nəzərdən keçiririk", - deyə nazir bildirib.

Nazir aydınlaşdırıb ki, sanksiyalar neftin dünya qiymətlərinin artması ilə nəticələnərsə, bu, həm Amerika oyunçuları, həm də idxal olunan enerji resurslarından asılı olan dövlətlər üçün sərfəli olacaq.

"Lakin biz əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə davam edirik", - o vurğulayıb.

Yusif EYVAZLI

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
redaktor.az

10Mənbələr