AZ

Digər ölkələrYeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi prokurorluğa istinadən məlumat yayıb.

“İyulun 10-da Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının əməkdaşları 1 nəfəri öldürüb. Bununla da, təxminən iki ay əvvəl arxipelaqda başlayan etirazlar zamanı ölənlərin sayı 10-a çatıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü ilin may ayında Yeni Kaledoniyada Fransadan müstəqillik tələb edənlərin etirazları başlayıb. Fövqəladə vəziyyət mayın 13-dən 27-dək davam edib.

Seçilən
158
45
far.az

10Mənbələr