AZ

Blinken və Berbok Azərbaycanla Ermənistanı müzakirə edib

ABŞ Dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib.

Dövlət Departamentinin verdiyi məlumata görə, tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar. Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.

Seçilən
75
14
anspress.com

10Mənbələr