Ermənistan və Gürcüstanın müdafiə nazirləri 2024-cü il üçün əməkdaşlıq planı imzalayıblar.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Suren Papikyanla İrakli Çikovani arasında görüş İrəvanda baş tutub. Tərəflər əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndiriblər.
Danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Nazirlər öz ölkələrinin silahlı qüvvələrində aparılan islahatları da ətraflı müzakirə ediblər.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Gürcüstanın ovaxtkı müdafiə naziri Cuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib və bu səfər zamanı analoji əməkdaşlıq planı imzalanıb. 2022-ci ildə Suren Papikyan da Gürcüstana rəsmi səfər edib.