AZ

Finlandiya Rusiyadan gələn miqrantları ölkədən çıxaracaq...

...Finlandiya parlamenti Rusiyadan gələn miqrantlara sığınacaq verilməməsinə icazə verən qanuna səs verib.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri Bloomberg verir. Maraqlıdır ki, tədbirin müvəqqəti olduğu deyilir; qanun bir il müddətinə qəbul edilib.

Belə ki, beynəlxalq hüquq və ölkə konstitusiyasına zidd olduğu üçün bu qanun layihəsi üzərində iş bir neçə ay çəkib.

...Beləliklə, Finlandiya Rusiyadan sərhədə gələn miqrantların qovulmasına icazə verən qanun qəbul edib.

Ölkə parlamenti ölkənin şərq sərhədində sığınacaq axtaranların müraciət imkanı olmadan geri qaytarıla biləcəyi müvəqqəti “mütəşəkkil immiqrasiya” qanununun lehinə səs verib.

...Aydınlaşdırılır ki, bu tədbir rəsmi Helsinkinin Kremlin miqrasiya vasitəsilə qonşusunun milli təhlükəsizliyinə təsir etmək cəhdi adlandırdığına qarşı yönəlib.

...Bu, Rusiyaya və müttəfiqlərimizə Finlandiyanın öz təhlükəsizliyinə, eləcə də Avropa İttifaqının sərhədlərinin təhlükəsizliyinə əhəmiyyət verdiyinə dair güclü siqnaldır.

Qeyd edək ki, Bloomberg bunu baş nazir Petteri Orpodan sitat gətirir.

SİA xarici qaynaqlara istinadən xatırladır ki, ötən ilin payızında Finlandiya misli görünməmiş miqrant axını ilə üzləşdi və Avropa İttifaqı ilə NATO arasında ən uzun sərhəd olan Rusiya ilə sərhəddə yol keçid məntəqələrini bağlamağa məcbur oldu. Görülən tədbirlərə baxmayaraq, ölkə rəsmiləri əmindirlər ki, bu məsələ hələ də təhlükəsizliyə təhlükə yaradır.

Belə ki, Finlandiya prezidenti Aleksandr Stubb bundan əvvəl bəyan etmişdi ki, Rusiya istəsə, bir neçə saat ərzində mindən çox miqrantı sərhədə çatdıra bilər.

Əli Babayev

Seçilən
58
14
sia.az

10Mənbələr