Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”la qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Naxçıvan təmsilçisinin heyətində Felipe Santos fərqlənib.
“Araz-Naxçıvan” qardaş ölkədəki toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və rəqiblər barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Naxçıvan təmsilçisi Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində öz əvəzediciləri ilə də yoxlama oyunu keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi.