Onun sözlərinə görə, məsələ ondadır ki, sui-qəsddən sonra Trampın reytinqi yüksəlib. O, hadisədən seçki kampaniyasında geniş şəkildə istifadə edir. Bu isə yalnız Bayden və tərəfdarlarını narahat edə bilərdi: "Mümkündür ki, elə iddia da məhz Bayden komandası tərəfindən mediaya sızdırılıb. Bu yolla onlar iki şeyə nail olmaq istəyirlər: Birincisi, Donald Tramp sui-qəsddən sonra seçicilər ilə daha sıx görüşür, mitinqlərə qatılır. Qorxmaz obraz yaradan Tramp bu yolla reytinqini artırır. Trampa qarşı yeni sui-qəsdin olacağı iddiasını irəli sürərkən Bayden komandası onu qorxutmaq, meydanlara gəlməkdən çəkindirmək istəyir.
İkincisi, Trampın elektoratı günü-gündən artır. Hər mitinqdə daha çox insan ona dəstək verməyə gəlir. Sui-qəsd iddiasının irəli sürülməsinin bir səbəbi də məhz bu kütləni qorxutmaq, təşviqat mitinqlərində kütləviliyin qarşısını almaqdır. Xüsusilə İran faktoru dövriyyəyə buraxılaraq ehtimal sui-qəsdin kamikadze şəklində kütləvi hal ala biləcəyi mesajını verir. Tramp təbiət etibarilə həm də şoumendir. ABŞ-da şoular isə həm də risklidir. Tramp yenidən prezident seçilmək istəyir və bunun üçün bütün riskləri alacaq. Yəni bu iddialar onu qorxutmaqdansa daha da motivasiya edəcək".
Nurlan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31