AZ

Zelenski: Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var

Zelenski:

Kiyev, 24 iyul, AZƏRTAC

“Uzun illərdən sonra ilk dəfə olaraq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşmək üçün Pekinə gedib. Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var. Bu da yaxşı haldır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində bildirib.

“Çin Sədri Si Cinpin əvvəllər ona Çinin Rusiyaya silah verməyəcəyi təsdiqlənib. Mən nazirdən Ukraynaya qayıdandan sonra ətraflı hesabat gözləyirəm”, deyə Zelenski vurğulayıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
157
2
azertag.az

10Mənbələr