AZ

ABŞ Konqresi Trampa sui-qəsd cəhdinin araşdırılmasını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası yekdilliklə respublikaçı Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrupunun yaradılmasını dəstəkləyib.

"Report" xəbər verir ki, qanunverici orqanın aşağı palatasındakı səsverməni C-SPAN kanalı yayımlayıb.

İşçi qrupun yaradılmasının lehinə 416 konqresmen çıxış edib, əleyhinə bir nəfər də olsun səs verməyib.

Qətnamənin təsdiqlənməsi üçün onu Konqresin aşağı palatasının üzvlərinin ən azı üçdə ikisi dəstəkləməli idi.

İşçi qrupuna yeddi respublikaçı və altı demokrat daxil olacaq, onların adları bu gün elan olunacaq. İşçi qrup dekabrın 13-dən gec olmayaraq araşdırmaların nəticələrini təqdim edəcək.

Xatırladaq ki, iyulun 14-də ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
report.az

8Mənbələr