AZ

Naxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq oldu

Naxçıvan şəhərində avtomobil 40 yaşlı qadını vurub

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

T.Rəhimovun isə hadisə zamanı halı pisləşib və o xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
66
6
milli.az

7Mənbələr