AZ

BMT yurd-yuvalarından didərgin düşən fələstinlilərlə bağlı bəyanat yaydı

İsrailin hücumlarına məruz qalan Qəzza zolağında hər 10 nəfərdən 9-nun məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin  (UNRWA) rəsmi internet səhifəsində edilən paylaşımda İsrailin Qəzzaya hücumları səbəbindən yurd-yuvalarından didərgin düşən fələstinlilərlə bağlı bəyanat verilib.

Bəyanatda Qəzzada təhlükəsiz yer qalmadığı vurğulanıb və bölgə xalqının gedəcək yeri olmadığı diqqətə çatdırılıb.

Bəyanatda həmçinin təxminən 2,3 milyon əhalisi olan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün vəziyyətinə düşdüyü, bu insanların məktəblər, dağılmış binalar kimi yerlərə sığınmağa çalışdıqları vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
trt.net.tr

7Mənbələr