AZ

Ağstafada QƏZA - 5 nəfər xəsarət alıb

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla "VAZ 2106" markalı minik avtomobili toqquşub. 

Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
6
bizim.media

10Mənbələr