AZ

Basketbol millilərimizin finaldakı rəqibləri bilindi

18 yaşadək qız və oğlan basketbol millilərimizin Avropa çempionatının (EuroBasket) C divizionunun finaldakı rəqibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, meydan sahibi Albaniyanı yenərək həlledici matça vəsiqə qazanan qız millimiz bu gün Bakı vaxtı ilə saat 21:30-da meydan sahibi Kosovo ilə qarşılaşacaq.

Oğlanların finaldakı rəqibi isə Lüksemburq olacaq. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Seçilən
55
fanat.az

1Mənbələr