AZ

Netanyahu kabineti topladı: Livana cavab veriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu Livandan raket hücumu ilə əlaqədar İsrailin reaksiyasına qərar vermək üçün təhlükəsizlik kabinetini toplayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Məlumata görə, iclasda müdafiə naziri, milli təhlükəsizlik müşaviri, Netanyahunun qərargah rəisi, MOSSAD-ın rəhbəri və digər hökumət üzvləri iştirak ediblər.

Müxtəlif rəsmi şəxslər hökumətin cavab tədbiri üçün əməliyyat planını təsdiq edəcəyini gözləyirlər. Lakin əməliyyatın miqrasiya hələ dəqiqləşməyib.

Qeyd edək ki, Livandan İsrailə atılan raket Məcdəl-Şəmsdəki stadiona düşün və 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail hadisəyə görə Livan Hizbullah hərəkatını günahlandırıb. Hizbullah isə öz növbəsində raket hücumunda iştirakını qəti şəkildə rədd edib.


Müəllif: Teleqraf.com
Seçilən
131
4
teleqraf.com

10Mənbələr