AZ

Ağızlıq olmadan gəzdirilən qadağan edilmiş cins it küçədə kişiyə hücum edib! Hadisəyə polis silahla müdaxilə etdi

Sosial səbəkəy viral olan İzmirdə çəkildiyi iddia edilən görüntülərdə ağızsız gəzməsi qadağan edilən it cinsinin küçənin ortasında vətəndaşa hücum etdiyi anları əks olunub.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərin yeri və tarixi ilə bağlı dəqiq məlumat paylaşılmayıb.

İtin ayağından dişlədiyi şəxs  xilas olmağa çalışarkən ətrafdakılar da ona kömək ediblər. Lakin it adamı buraxmayanda polis tapançası ilə vəziyyətə müdaxilə edib.

Polis məmuru tətiyi dəfələrlə çəkərək itə atəş açaraq onu zərərsizləşdirib. Həmin vaxt hadisə yerində olan qadının polisə "atma" qışqırması eşidilib. Həmin anlar mobil telefonun kamerasına əks olunub.

Nilay



 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
18
32gun.az

10Mənbələr