AZ

Peskov: "Rusiya Ukrayna ilə danışıqlara açıqdır"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara açıqdır, lakin Kiyevin bəyanatlarında konkret heç nə yoxdur.

Turkustan.az xəbər verir ki, Peskov Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyakın jurnalistlərə Rusiya ilə danışıqlara hazır olduqları barədə açıqlamasını dəyərləndirib.

Sözügedən açıqlamanı “sxolastika” olaraq xarakterizə edən Peskov, “Fərqli səviyyələrdə (Kiyevdən) açıqlamalar eşitdik, lakin bu mövzuda hər hansı ətraflı izahat eşitmədik” dedi.

Müzakirə mövzusunun zaman-zaman dilə gətirildiyini, lakin konkret bir şey deyildiyini qeyd edən Peskov, “Rusiya tərəfi danışıqlar prosesinə açıq qalır” deyib.

Ukrayna Prezident Aparatının müşaviri Podolyak bəyan edib ki, Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin bu, beynəlxalq hüquqa əsaslanan şərtlər daxilində edilməlidir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
turkustan.az

10Mənbələr