AZ

Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri var - ÖZƏL

"Azərbaycan dili və ədəbiyyatı zəngin mədəni irsə malikdir. Bu gün dilin təbliği və qorunması istiqamətində addımlar atılır. Gənc nəsillərə dilin və əlifbanın önəmini anlatmaq, onları milli-mənəvi dəyərlərə bağlı yetişdirmək üçün maarifləndirici tədbirlər keçirilir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:

"Ali Baş Komandan, cənab prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dilinin qorunması hər kəsin borcudur: "Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir". Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
35
olaylar.az

10Mənbələr