AZ

Rusiya ordusunun Ukraynada itkiləri 580 mini keçdi

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 1100 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 580 min 590 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 3 tank, 42 artilleriya sistemi və 8 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
101
21
missiya.az

10Mənbələr