AZ

Orta cinslə döyüşdən imtina edən boksçudan şok qərar - FOTO

İtalyan idmançı Anjela Karini əlcəzairli orta cins nümayəndəsi İman Xəliflə qalmaqallı döyüşdən sonra radikal qərar verib. Belə ki, o, boksdan birdəfəlik getmək qərarına gəlib.

Azreform.info oxu.az-a istinadən xəbər verir ki, "Mən başımı dik tutaraq gedirəm və boksla vidalaşıram", - deyə Karini bildirib.

Xatırladaq ki, onların qarşıdurması Paris Olimpiya Oyunlarında 1/8 final mərhələsində baş tutub. Döyüş başladıqdan 46 saniyə sonra başa çatıb. Səbəb isə Karininin orta cinsli rəqibinin zərbələrinin ağırlığına dözməməsi olub. Mediada yayılan məlumata görə, Karini - "mən dəhşətli ağrı çəkirəm, davam etmək istəmirəm", - deyib. Hakim rinqin mərkəzində İman Xəlifin əlini qaldırmağa hazırlaşanda isə Karini - "Bu ədalətsizlikdir! Ədalətsizlikdir", - deyə qışqırıb. Sonra isə rəqibi ilə əl sıxmaqdan imtina edib.

Onu da qeyd edək ki, 2023-cü il dünya boks çempionatının finalından əvvəl Xəlif XY xromosomunun mövcudluğunu göstərən gender testindən keçə bilməmişdi. Buna baxmayaraq, idmançı Paris Olimpiya Oyunlarına buraxılıb.

Seçilən
101
9
azreform.info

10Mənbələr