AZ

Google Pixel 9 smartfonlarında olacaq Tensor G4 prosessoru barəsində yeni məlumatlar verilib

     Google şirkətinin 13 avqust tarixində təqdim edəcəyi Pixel 9 smartfonları Tensor G4 prosessoru vasitəsilə çalışacaqlar. İndi isə insayderlər bu yeni prosessor barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Tensor G4 prosessoru keçən ilki Pixel 8 smartfonlarında istifadə edilən Tensor G3 prosessorundan çox az fərqlənəcək. Məlumatda qeyd edilib ki, Tensor G4 prosessoru 8 nüvəli olacaq. Söhbət, 1 ədəd Cortex-X4, 3 ədəd Cortex-A720 və 4 ədəd Cortex-A520 nüvəsindən gedir.      Müqayisə üçün qeyd etmək lazımdır ki, Tensor G3 prosessoru 9 nüvəlidir. Belə ki, o özündə 1 ədəd Cortex-X3, 4 ədəd Cortex-A715 və 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Cortex-X4 nüvəsinin bençmarkların bir nüvəli testləri çərçivəsində yüksək performans sərgilədiyi halda onun çox nüvəli testlərdə performansı sadəcə 3% daha yüksəkdir. Bundan əlavə olaraq Tensor G4 prosessoru Exynos 5400 adlı 5G modemi əldə etməlidir. Bu modem isə Exynos 5300-dən enerji sərfiyyatı mövzusunda 50% daha effektiv olmalıdır. Yerdə qalan bütün göstəricilər baxımından Tensor G4 prosessoru keçən ilki Tensor G3 ilə eyni olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
19
technote.az

10Mənbələr