AZ

Digər ölkələrBanqladeşdə tələbə etirazları yenidən başlayıb

Banqladeşdə tələbə etirazları yenidən başlayıb, iştirakçılar iyul ayında ölkədə baş verən etirazlar zamanı öldürülən insanların ölümünə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Tələbə nümayişi paytaxt Dəkkədən 150 km aralıda yerləşən Habiqanc şəhərində təşkil olunub. Yüzlərlə fəal iyul ayında baş verən iğtişaşlarda ölən etirazçılarla bağlı ədalət tələbi ilə ilk olaraq şəhərin mərkəzinə yürüş ediblər. Kütlə hakim “Avami Liqası” partiyasının ofisinə çatanda etirazçılarla partiya nümayəndələri ilə dava düşüb. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Partiyanın ofisi yandırılıb. Polis əməkdaşları da daxil olmaqla 50 nəfərin yaralandığı, 1 nəfərin isə öldüyü bildirilir.

Xatırladaq ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının qohumları üçün iş yerləri üzrə kvota sisteminə qarşı etirazlar başlayıb. Ölkədə tədricən vəziyyət gərginləşib, etirazlar 200-dən çox insanın öldüyü toqquşmalara çevrilib. “The Daily Star” qəzetinin məlumatına görə, ölkədə iğtişaşlar başlayandan bəri 10 min adam həbs edilib. Hakimiyyət komendant saatı tətbiq edib, rabitə və interneti kəsib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
far.az

10Mənbələr