AZ

Paris-2024: Alfonso Dominqes finala yüksəlib!

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Apasport.az xəbər verir ki, o, yarımfinalda Enmanuel Reyes Pla (İspaniya) ilə görüşüb. 

Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan Dominqes Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).

Bununla da Dominqes finala vəsiqə qazanıb. Həlledici görüş avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan Alfonso Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.

Alfonso Dominqes Olimpiadada yarımfinala yüksəlib

Paris-2024: İtaliyalı boksçu rəqibi ilə döyüşməkdən imtina etdi - VİDEO

Paris-2024: Zelim Kotsoyev yarımfinalda! - YENİLƏNİR

Paris-2024: Boksçumuz ilk qələbəsini qazandı

Paris-2024: Daha bir boksçumuz mübarizədən kənarlaşdırıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
42
apasport.az

10Mənbələr