AZ

Putindən Ukraynanın Kurska hücumuna REAKSİYA – “Dinc insanlara atəş açırlar” – VİDEO

“Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Belə ki, Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumundan danışan Putin qeyd edib ki, Ukrayna hərbçiləri dinc insanlara da fərq qoymadan atəş açır.

Putin əlavə edib ki, bu gün o, Kursk vilayətindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirəcək.

Qeyd edək ki, Ukrayna ordusu dünən gecə saatlarında Rusiyanın Kursk vilayətinə daxil olub. Artıq Kurskun 4 kəndi Ukrayna tərəfindən nəzarətə götürülüb. İlkin məlumatlara görə, döyüşlər zamanı 5 rusiyalı ölüb, 28 nəfər isə xəsarət alıb. Hazırda Kursk vilayətində döyüşlər davam edir. 



Bizim.Media

Seçilən
161
10
bizim.media

10Mənbələr