AZ

İranlı hakerlər Trampın seçki qərargahına məxsus sənədləri ələ keçirib

İranlı hakerlər Trampın seçki qərargahına məxsus sənədləri ələ keçirib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı xarici hakerlərin kiberhücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi "Politico" qəzetinin müxbirlərinə məlumat verib.

Belə ki, xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər. Bundan sonra jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar. Məqalədə hücumda İranın şübhəli olduğunu deyilir.

Keçmiş ABŞ prezidentinin seçki kampaniyasının kommunikasiya direktoru Stiven Çunq "Axios" portalına bildirib ki, bu sənədlər 2024-cü il seçkilərinə və bütün demokratik prosesə müdaxilə etmək üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yollarla əldə edilib.

Onun sözlərinə görə, "Microsoft"un hesabatında bildirilib ki, iranlı hakerlər 2024-cü ilin iyununda yüksək rütbəli Amerika məmurunun hesabını sındırıblar. Bu da, Trampın vitse-prezidentliyə namizəd seçdiyi müddət ilə üst-üstə düşür.

Seçilən
46
50
sonxeber.az

10Mənbələr