Avqustun 15-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, Abşeron yarımadasında qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gündüz 26-30 dərəcə, nisbi rütubət 65-75% təşkil edəcək.
Ölkənin rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Aran rayonlarında gündüz 26-31 dərəcə isti, dağlarda 17-19 dərəcə isti olacaq.
Avqustun 15-də axşam saatlarından etibarən 16-sı axşama qədər bütün ölkə ərazisində yağıntılar güclənəcək, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Bütün Böyük və Kiçik Qafqaz ərazisində, həmçinin ölkənin aran rayonlarında güclü yağış yağacaq.
Bu, çaylarda suyun səviyyəsinin artmasına və sellərə səbəb olacaq.