AZ

Paytaxtda oğurluq edən şəxsdən “Makarov” tapançası ələ keçirildi

Nizami rayonu ərazisindəki mağazaların birindən 1050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Daxili İşlər nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1972-ci il təvəlldülü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən "Makarov" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.Araşdırma aparılır.

Seçilən
152
50
olaylar.az

10Mənbələr