EN

Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər

Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər. Belə ki, gündə cəmi 2 600 addım ürək xəstəliyi riskinizi əhəmiyyətli dərəcədə azalda bilər.

Redaktor.az report-a istinadən xəbər verir ki, tədqiqat European Journal of Preventive Cardiology (EJPC) jurnalında dərc olunub.

Alimlər atılan addımların sayı ilə ürək-damar riski arasındakı əlaqəni qiymətləndirən əvvəlki 12 tədqiqatın nəticələrini təhlil ediblər.

Tədqiqatda ümumilikdə 111 mindən çox insan iştirak edib. Təhlillər müəyyən edib ki, gündə cəmi 2 517 addım yerimək bütün səbəblərdən ölüm riskini 8%, 2 735 addım isə bütün səbəblərdən ölüm riskini 11% azaldır.

Nəticələr gündə 10.000 addım atmaq çətinliyindən qorxan insanlar üçün ümidverici ola bilər. Ən böyük fayda gündə 8 763 addım atmaqdır. Belə ki, bu sayda addımlamaq ürək-damar xəstəliklərindən ölüm riskini 60% azaldır. Qeyd olunub ki, addımların sayının daha da artması əlavə fayda vermir.

Chosen
530
15
redaktor.az

10Sources