EN

MSK-da qeydə alınan İtaliyanın SWG SPA şirkəti, seçkiöncəsi sorğu keçirib

Azərbaycanda cari ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Exit poll keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkəti cari ilin 15 iyul - 15 avqust tarixləri arasında Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı yerli respondentlər arasında sorğu keçirib. SİA xəbər verir ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb.

SWG SPA şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu “face-to-face” (üzbəüz) üsulu ilə aparılıb. Anketdə respondentlərə ünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğu iştirakçıları sorğunun anonimliyi, cavabların isə məxfiliyinin qorunması barədə əvvəlcədən məlumatlandırılıblar. Bu da cavabların səmimi olmasında və respondentlərin mövqeyini əks etdirməsində mühüm əhəmiyyət kəsb edib.

SWG SPA şirkətinin hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələridiqqətinizə təqdim etmək məqsədiylə media nümayəndələri üçün 22 avqust 2024-cü il, saat 11:00-da, Babək prospekti 65b ünvanında yerləşən "Astoria" hotelinin iclas salonunda mətbuat konfransı keçiriləcək.

1981-ci ildə İtaliyanın Triest şəhərində təsis olunan SWG SPA şirkəti ictimai rəy, institusional, sənaye araşdırması və müşahidəsi aparır, siyasi və ictimai tendensiya və dinamikaları təhlil və inteqrasiya edərək, hesabatlar hazırlayır və təqdim edir.

Təsis edildiyi ilk gündən bu günə qədər SWG SPA bir neçə mühüm inkişaf mərhələsindən keçərək, İtaliyada CATI metodunu tətbiq edən ilk tədqiqat institutu olub.

Chosen
37
1
sia.az

2Sources