EN

Həbsdən yeni çıxıb taksi sürücüsünə bıçaqla basqın edən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rövşən Səfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Rövşən Səfərov əvvəllər oğurluq əməlinə görə həbs edilib. 10 yanvar 2004-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa burılıb. Ayın 13-ü saat 22 radələrində isə Yevlax rayonu, Nizami küçəsində taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş Habil Qafarzadənin (şərti) idarə etdiyi “VAZ-2106” minik markalı avtomobilə sərnişin qismində əyləşib. O, Ağdaş rayonuna gələn zaman həmin tarixdə saat 23 radələrində rayonun Ləki qəsəbəsi ərazisində zərərçəkmiş şəxs avtomobili dayandırıb. Sonra Rövşən sürücünün əmlakını ələ keçirmək məqsədilə bel kəmərindəki mətbəx bıçağını Habilin sinə nahiyəsinə dirəyib basqın edib. Bu zaman o, sürücünün şalvarının arxa sağ cibindən 154 manat pulu quldurluq yolu ilə ələ keçirib.
 

Hadisədən sonra Rövşən Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 22 Avqust 2024, 10:17   
Chosen
96
44
pravda.az

10Sources