ABŞ-lə birgə hərbi təlimlər keçirən Cənubi Koreyanın Prezidenti Yoon Suk Yeol, Pxenyan rejiminin onların ölkəsini işğal etməyə cəhd edəcəyi təqdirdə Şimali Koreyanın məhvə məhkum olacağını bildirib.
“Şimali Koreya rejimi dünyanın istənilən an təxribat törədə bilən ən təhlükəli qruplaşmasıdır. Yalnız ordumuzun güclü hərbi hazırlığı onların səhv hesablamalarının qarşısını ala bilər. Açıq şəkildə qeyd etməliyik ki, zorla birləşmək arzusunda olan və Cənubi Koreyaya tamah salan Şimali Koreyanın ölkəmizə qarşı hər hansı işğal cəhdi Pxenyan rejiminin sonunu gətirəcək”,-deyə o, qeyd edib.
Şimali Koreyanın silah sistemlərinin təhlükəsinə diqqət çəkən Yoon, mümkün bir müharibənin ilkin mərhələsində Pxenyanın uzaq mənzilli artilleriya və raket bazalarının zərərsizləşdirilməsi vacibliyini vurğulayıb.
“AzPolitika.info”