Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Aparat rəhbəri – Baş katib təyin edilib.“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Orxan Babayev gətirilib.Qeyd edək ki, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2018-ci ildən Kollegiyanın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.