EN

İŞİD Almaniyadakı silahlı hücuma görə məsuliyyəti üzərinə götürdü

İŞİD Almaniyanın qərbindəki Solingen şəhərində törədilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yayılan açıqlamada hücumun onun üzvlərindən biri tərəfindən həyata keçirildiyi bildirilir.

Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 4 şəxs yaralanıb.

Chosen
90
12
seherxeber.org

10Sources