EN

İsrailə 320-dən çox raket atılıb - ÖLKƏDƏ 48 SAATLIQ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ

"Hizbullah" hərəkatı Beyrutda hərbi qanadın komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib.

Bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.

İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

Chosen
122
21
korrespondent.az

9Sources