İsrail Müdafiə Qüvvələri Livandan olan şiə Hizbullah hərəkatının radikalları tərəfindən yəhudi dövlətinin mərkəzi hissəsindəki “strateji hədəfə” atılan bütün pilotsuz təyyarələri ələ keçirib.
APA xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib.
Məlumata görə, Hizbullah Təl-Əvivdəki hökumət binalarını hədəf alıbmış.
Baş nazir bildirib ki, bu gün səhər tezdən Hizbullah İsrail dövlətinə raket və pilotsuz təyyarələrlə hücum etməyə cəhd edib:
“Biz İsrail ordusuna təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı güclü zərbə endirməyi tapşırmışıq”.